Arxiv
3 İyun 2021, 14:36 | DİASPOR
Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi təqdim edilib

Niderland Krallığının şimali Amsterdam bölgəsi üzrə gənc sosialistlər təşkilatının sədri Həcər Karaman Sosialistlər Partiyasının rəhbərliyinə Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi təqdim edib.

 

Sənəddə xalqımızın qədim tarixə malik olması, mürəkkəb yol keçməsi, Qarabağın əzəli torpaqlarımız olması barədə ətraflı məlumat verilib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə etnik azərbaycanlılara qarşı amansız və dəhşətli soyqırımı törətdiklərinə diqqət cəlb edilib. BMT-nin  "Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasına, Avropa İnsan Hüquqlarının Məhkəməsinin sənədlərinə istinadən soydaşımız bildirib ki, ermənilərin Xocalıda törətdikləri soyqırımı çinayətidir.

 

Qeyd edilib ki, Ermənistan 30 ilə yaxın işğal dövründə Azərbaycana qarşı digər ağır cinayətlər də törədib. Bu dəhşətli cinayətlərdən biri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik 7 rayonunda minaların yerləşdirilməsidir. 1 Mart 1999-cu ildə qüvvəyə minmişİnsan əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsi haqqında" Konvensiyanı xatırladan gənc sosialist Ermənistanın beynəlxalq qanunlara məhəl qoymadığını nəzərə çatdırıb. 

 

Soydaşımız Sosialist Partiyasının rəhbərliyini bu qətnamə layihəsinin qəbul edilməsinə, seşkilərdən sonra fəaliyyətə başlayacaq parlamentdə Xocalı soyqırımının müzakirəyə çıxarılmasına və siyasi-hüquqi qiymətin verilməsinə nail olmağa çağırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv