Modern.az

Formula-1 Azərbaycana nə qazandıracaq...

Formula-1 Azərbaycana nə qazandıracaq...

Mədəni̇yyət

3 İyun 2021, 17:23

4-6 iyun tarixlərində Bakıda Formula-1 Azərbaycan Qran Prisi keçiriləcək. Bu yarışı milyonlarla insan televiziyada və digər onlayn kanallar vasitəsilə izləyəcək.

Bu il Azərbaycan Formula-1 yarışını qalib ölkə olaraq keçirir.

Milli Məclisin üzvü Nigar Arpadarai builki Formula-1 yarışının əhəmiyyəti, vacibliyi haqqında Modern.az-a danışıb. O, sabahdan etibarən Bakının küçələrində Formula-1 Azərbaycan Qran Prisinin 5-ci dəfə keçiriləcəyini xatırladıb:

“Təəssüf ki, pandemiyanın yaratdığı çətinliklərlə bağlı bu il yarış tamaşaçısız keçirilir. Lakin bu hal yarışın önəmini azaltmır. Çünki Formula-1-in yarım milyard auditoriyası var və çox önəmli çempionatdır. Bu il milyonlarla insan televiziyada və onlayn kanallar vasitəsilə Azərbaycan Qran Prisini izləyəcək. Formula-1 haqqında danışan zaman xatırlatmalıyıq ki, bu yarış 20-dən çox ölkədə keçirilir və beş qitəni əhatə edir. Azərbaycan Qran Prisi bu günə qədər 4 dəfə keçirilib. Bu il artıq 5-ci yarışdır”.

Formula-1 nəyə görə vacibdir?!

Nigar Arpadarai suala belə cavab verib:


“İlk olaraq iqtisadi faydası çox böyükdür. Formula-1 və digər irimiqyaslı tədbirlər nəticəsində Azərbaycan tanınır, turist axını olur, investisiya gəlir və nəticədə ölkənin birbaşa və dolayı gəlirləri artır.

Digər tərəfdən, insan kapitalının inkişafını xüsusilə qeyd edərdim. Təşkilatçılar Azərbaycan mütəxəssislərindən ibarətdir. Hər il yarışa minlərlə könüllü, marşal, çox sayda yerli şirkət qatılır. Bu,  böyük bir insan ordusudur. İrimiqyaslı tədbirlər karyeraya gözəl başlanğıc baxımından gənclərimiz üçün əvəzolunmaz fürsətdir. Biz bu yarışlar sayəsində ölkəmizə beynəlxalq təcrübəni gətirmişik. İndiyədək on minlərlə könüllü, marşal və işçi Formula-1 yarışının təşkilatçılığında yer alaraq, böyük təcrübə qazanıblar. Daha sonra bu insanların böyük bir qismi müxtəlif özəl və ya dövlət qurumlarına keçərək, qazandıqları beynəlxalq təcrübəni yeni işlərində tətbiq etməyə başlayırlar. Beləcə, bu təcrübə bizim ölkəmizin, xalqımızın qazancına çevrilir”.

Deputat keçən ilin bütün dünya üçün çox çətin bir il olduğunu vurğulayıb:

“Pandemiya 2020-ci ildə bütün dünyaya böhran gətirsə də, Azərbaycan üçün çox özəl il oldu. Biz 30 ildən sonra torpaqlarımızı işğaldan azad etdik və bu, bizim tarixi qələbəmizdir. Artıq Azərbaycan qalib ölkə olaraq tədbirlər keçirir. Formula-1-dən sonra Bakıda futbol üzrə Avropa Çempionatının oyunları  keçiriləcək. Bunlar Azərbaycanın inkşafının, iqtisadiyyatının dayanıqlığının göstəricisidir.
Azərbaycan stabil olaraq öz ayaqları üzərində dayanıb, inkşaf edir”.


Mehri Qurban

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər