Modern.az

Ölüb dirilən adam…

Ölüb dirilən adam…

Təhsil

9 Fevral 2010, 15:40

Böyük Britaniyada yaşanan möcüzəli olay ölkəni şoka salıb. Modern.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı Rob Vaqet qəflətən ürək dayanmasından dünyasını dəyişib. Arvadı Diana Vaqetin gözlərin önündə keçinən 2 uşaq atası Robun ürək döyüntüsü kəsilib, nəfəsi dayanıb və nəbzi susub.

 

Dərhal təcili tibbi yardımı çağıran Diana isə ərinin ölümü ilə barışmaq istəməyib və ambulans gələnədək tam 4 dəqiqə ərzində cansız bədənə ürək masajı tətbiq edib. Özlərini yetirən təcili tibbi yardım xidmətinin əməkdaşları Robun öldüyünü görüb tibbi yardımdan imtina ediblər. Lakin arvadının israrlı xahişi ilə işə girişən tibb heyəti Robu həyata qaytarmağa çalışıblar.

 

Bir azdan baş verənlər isə bütün heyəti heyrətləndirib. Ölü adam düz 18 dəqiqədən sonra dərin nəfəs alaraq gözlərini açıb. Mütəxəssislərin məlumatına görə, normalda ürəyi və nəbzi duran insanlar ən çoxu 4 dəqiqə bu vəziyyətdə qala bilərlər. Bu müddəti keçərsə, həyata dönmə ehtimalı sıfıra düşür. Bu baxımdan 18 dəqiqəlik ölümü möcüzə kimi dəyərləndirən tibbi ekspertlər baş verənləri elmi cəhətdən izah etməkdə acizlik çəkirlər.

 

Tural

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü