Modern.az

Prezident Ağcabədi və Bərdə rayonları ilə bağlı sərəncam verdi

Prezident Ağcabədi və Bərdə rayonları ilə bağlı sərəncam verdi

4 İyun 2021, 14:40

Prezident İlham Əliyev Ağcabədi və Bərdə rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki,  sərəncamla Ağcabədi və Bərdə rayonlarının əhalisi 37061 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,4 milyon (bir milyon dörd yüz min) manat ayrılıb. 

       

Sıra

№-si

Rayonun adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı

Əhalinin sayı, nəfər

    1.    

Ağcabədi

10

Göyük kəndi (2 quyu)

931

Hindarx qəsəbəsi

9721

Xocavənd kəndi

3778

İmamqulubəyli kəndi

1240

Salmanbəyli kəndi

2692

Şahmalılar kəndi

328

Şərəfxanlı kəndi

957

Yuxarı Qiyaməddinli kəndi (2 quyu)

3555

  1.   

Bərdə

10

Bala Qacar kəndi

904

Birinci Qaradəmirçi kəndi

2218

Əmirli kəndi

2048

Hacallı kəndi

1740

Xanərəb kəndi

2266

Xanxanımlı kəndi

407

İkinci Nazırlı kəndi

824

Körpüsındıran kəndi

722

Kürdborakı kəndi

721

Mehdixanlı kəndi

2009

Cəmi:

20

18

37 061

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir