Modern.az

Jurnalistlər erməni erməni diversantların quraşdırdığı minalara düşüblər - Deputat

Jurnalistlər erməni erməni diversantların quraşdırdığı minalara düşüblər - Deputat

4 İyun 2021, 18:30

"Kəlbəcərdə erməni diversantları tərəfindən quraşdırılan minaya düşərək şəhid olan jurnalistlərə Allahdan rəhmət diləyirəm. Bu acı xəbər hamımızı sarsıtdı"

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.

 

Deputat jurnalistlərin minaya düşməsinə görə beynəlxalq təşkilatların  günahkar olduğunu deyib:

 

"Hanı beynəlxalq təşkilatlar! Niyə susurlar? Əgər Fransa, Almaniya kimi ölkələrin hansısa jurnalistinin burnu qanasa idi, dərhal beynəlxalq təşkilatlar ayağa qalxardı. Günahkar cəzalandırılardı. Amma nədənsə baş verənləri dünyaya insanlıq dərsi keçənlər susqunluqla qarşılayır. Biz buna təəssüf edirik".

 

Məşhur Məmmədov  minalanmış ərazilərin xəritələrinin verilməməsinə də münasibət bildirib:

 

"Aylardır ki, Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb edirik. Bu məsələdə də beynəlxalq ictimaiyyət susur. Ermənistanın çirkin əməllərinə göz yumurlar. Bu bir daha onu göstərir ki, beynəlxalq təşkilatlar Ermənistanın davam etdirmək istədiyi çirkin əməlləri görməzlikdən gəlir.  Nə qədər ki, minalanmış ərazilərin xəritələri təhvil verilməyəcək, o qədər də təhlükə olacaq. Bir daha dünyasını dəyişən jurnalistlərin yaxınlarına başsağlığı verirəm. Allah rəhmət eləsin!"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir