Modern.az

Sahibə Qafarova Azərbaycanın Pakistandakı səfirliyində olub

Sahibə Qafarova Azərbaycanın Pakistandakı səfirliyində olub

Aktual

4 İyun 2021, 19:00

Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan İslam  Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Milli Məclisin Sədri burada Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub. 

 

Sonra parlamentin Sədri və nümayəndə heyətinin üzvləri səfirlik əməkdaşları ilə tanış olaraq onlar üçün burada yaradılmış şəraitlə yaxından maraqlanıblar. 

 

Milli Məclisin Sədri səfirlikdəki xatirə kitabına öz ürək sözlərini yazıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü