Modern.az

Mərkəzi Bankdan kredit faizlərinin yüksək olması iddialarına REAKSİYA

Mərkəzi Bankdan kredit faizlərinin yüksək olması iddialarına REAKSİYA

İqtisadiyyat

5 İyun 2021, 12:26

Zaman-zaman Azərbaycanda kredit faizlərinin yüksək olması ilə bağlı məsələ qaldırılır. Hətta parlamentin sonuncu iclasında da bir neçə deputat kommersiya banklarında əhaliyə verilən kreditlərin faizlərinin yüksək olmasına etirazını bildirib.


Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən monetar şəraitin həm kəmiyyət, həm də dəyər baxımından yumşaldılması faiz dərəcələrinə azaldıcı təsir göstərməkdədir:

“Məlum olduğu kimi 2018-ci ilin əvvəlindən uçot dərəcəsi azaldılaraq mərhələlərlə 15%-dən 6.25%-ə endirilib. Bu dövrdə pul kütləsinin artımının davam etməsi də monetar şəraiti əhəmiyyətli yumşaldıb. Monetar şəraitin yumşalması yeni kreditlər üzrə orta faizlərin azalmasına müəyyən qədər transmissiya olunub. Belə ki, 2018-2020-ci illərdə hüquqi şəxslərə yeni kreditlər üzrə orta faiz dərəcəsi 4.7 faiz bəndi, fiziki şəxslərə yeni kreditlər üzrə orta faizlər 1.9 faiz bəndi azalıb. Dövlət qiymətli kağızlarının gəlirliyi də bu dövrdə Mərkəzi Bankın faiz dəhlizinə paralel şəkildə azalıb”.


Qeyd edilib ki, Mərkəzi Bankın uçot faiz dərəcəsi bank faizlərinə təsir göstərən faktorlardan yalnız biridir:
“Digər faktorlara kredit riskləri, iqtisadiyyatın durumu, gözləntilər, maliyyə resurslarının maya dəyəri (əsasən depozit faizləri) və s. aiddir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir