Modern.az

Dünyada ərzaq məhsullarının qiyməti 3 ilin rekord HƏDDİNƏ ÇATIB

Dünyada ərzaq məhsullarının qiyməti 3 ilin rekord HƏDDİNƏ ÇATIB

5 İyun 2021, 14:26

2020-ci ildə əsas ərzaq məhsulları və qida xammalının dünya qiymətləri son üç ilin ən yüksək həddinə çatıb.

 

2020-ci ildə olduğu kimi 2021-ci ildə də ərzaq mallarının qiymətində artım müşahidə olunmaqdadır. Həm 2020-ci ildə, həm də bu il ərzaq mallarının sürətlə bahalşamasının əsas səbəbi dünayada ərzaq qiymətlərinin nəzərəçarpacaq dərəcədə yüksəlməsidir. Digər bir səbəb isə pandemiyanın hələ də aradan qalxmaması, ərzaq ehtiyatlarının toplanmasına davam etməsi və kənd təsərrüfatı məhsullarının yetəri qədər artmaması bahalaşmaya şərait yaradır.

Maraqlıdır ki, Azərbaycanda qiymətlərin artması davamlı xarakter daşıyırmı? Bunun hansı iqtisadi əsasları var?

 

Deputat Vüqar Bayramov Modern.az-a açıqlamasında bu ilin birinci rübündə istehlak bazarında qiymətlərdə əvvəlki dövrlərə nisbətən daha çox artım müşahidə olduğunu bildirib:

“Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin birinci rübündə istehlak bazarında qiymətlər əvvəlki dövrə nisbətən 3,9 faiz artıb. Rəsmi statistikanın təhlili zamanı iki məqama xüsusi diqqət ayırmaq məqsədəuyğun olardı. Onlardan birincisi həmin dövrdə ərzaq məhsullarının qiymətinin əvvəlki illərə nisbətən daha çox artmasıdır. Ərzaq məhsullarında 4,8 %, qeyri-ərzaq məhsulları isə 3,6 % artım müşahidə olunur. Bu inflyasiya strukturunda ərzaq məhsullarındakı artımlar ümumi qiymət artımlarına bütünülükdə daha çox təsir göstərdiyindən xəbər verir. İkinci bir məqam isə bu ilin mart ayında qiymətlərin əvvəlki ilin eyni ayına nisbətən 4,1 faiz artmasına baxmayaraq, bu ilin fevral ayına nisbətən 9 faiz artmasıdır. Təxmini hesablamalara görə aylıq nisbətdə fərq iki dəfəyə yaxındır. Bu da qiymət artımının ötən ilin mart ayına nibətən daha yüksək olduğundan xəbər verir.

Digər bir tərəfdən tütün məhsullarının qiymətlərində də artımlar müşahidə olunur. Belə ki, 9,9 % artım qeydə alınıb. Bu daha çox xaricdən idxal olunan tütün məhsulların qiymətlərinin artması ilə bağlıdır”.

 

V.Bayramov qeyd edib ki, müəyyən şərtlər daxilində monitorinqlərə davam etməyə ehtiyac var:

“Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən qeyd etmək lazımdır ki, istehlak bazarında qiymətlərin mövcud qanunvericiliyə, eləcə də liberal iqtisadiyyatın şərtləri daxilində monitorinqlərin davam etdirilməsinə ehtiyac var. Ümumiyyətlə ərzaq məhsullarının qiymətlərini mütəmadi olaraq monitorinq nəzarətində saxlanması, eyni zamanda ərzaq məhsullarının paytaxtdan çıxışı zamanı xərclərin azadılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi daha məqsədəuyğun olardı.

 

Xüsusən rayondan ərzaq məhsullarını paytaxtda satmağa gələn fermerlərin nəqliyyat xərclərinin bir hissəsinin qarşılanması, xüsusi satış bazarlarının təşkil edilməsi və onların mütəmadiliyinin çoxaldılmasına ehtiyac var. Bütün bunlar təbii ki, ərzaq məhsulların qiymətlərinin optimallaşdırmasının və növbəti dövrlərdə ərzaq məhsullarının qiymətinin azalmasına gətirib çıxara bilər”.

 

Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir