Modern.az

“Rusiya bu həyasızlığa görə izahat verməlidir” – Baş redaktor

“Rusiya bu həyasızlığa görə izahat verməlidir” – Baş redaktor

5 İyun 2021, 21:30

“Bütün ermənilərin katolikosu II Qaregin Laçın dəhlizindən keçərək Azərbaycanın Rusiya “sülhməramlıları”nın nəzarətində olan ərazisinə gəlib. O burada, separatçı-terrorçu rejimin tör-töküntülərindən ibarət hərbçilərlə görüşüb. Onlara xeyir-dua verib”.

 

Modern.az xəbər verir ki, bu barədə “Türküstan” Media Qrupunun baş redaktoru Aqil Camal bildirib.

 

A.Camal qeyd edib ki, humanitar əlaqəni təmin etmək üçün nəzərdə tutulan Laçın dəhlizindən istifadə edərək bölgədə durumu gərginləşdirməyə xidmət edən hərəkətlərin qarşısı alınmalıdır:

 

“Sual olunur, Laçın dəhlizi Qarabağdakı ermənilərlə Ermənistan arasında humanitar əlaqəni təmin etmək üçündürsə, II Qaregin necə bu dəhlizdən keçib Qarabağa gəlir və burda separatçı-terrorçu hərbçilərlərlə görüşür? Bölgədə Ermənistanın mina terroru ilə üz-üzə qaldığımız bir vaxtda ruhani libasına dürünmüş bu iblislərin vəziyyəti gərginləşdirməyə hesablanmış hərəkətlərinin qarşısı niyə alınmır? Bu həyasızlıq Azərbaycan dövləti tərəfindən Rusiyadan sorulmalı və izahatı tələb olunmalı məsələdir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi