Arxiv
5 İyun 2021, 23:57 | AKTUAL
Sülhməramlılar ermənilərə qazan paylayır - FOTO

"Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları məcburi köçkünlər və çoxuşaqlı ailələr üçün ünvanlı humanitar yardımların çatdırılmasını təşkil etdilər".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

 

Bildirilib ki, humanitar aksiya zamanı Rusiya sülhməramlıları məcburi köçkünlərə və çoxuşaqlı ailələrə mətbəx əşyaları və qida məhsulları veriblər:

 

 

"Ümumilikdə, 150-dən çox ailə bu həftə rus sülhməramlılarından ünvanlı humanitar yardım aldı. Humanitar yardım mərkəzinin əməkdaşları ünvanlı yardım göstərməyə fərdi yanaşırlar. Sakinlərə əsas ehtiyaclar - uşaqlar və böyüklər üçün paltar və ayaqqabılar, yuyucu tozlar, yemək bişirmək üçün qaz piltələri, mətbəx qabları, yemək, yataq dəstləri, yastıqlar, yorğanlar, şəxsi gigiyena əşyaları, uşaq oyuncaqları, habelə fərdi tibbi vasitələr verilir".

 

T.İSMAYIL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?