Modern.az

Enerji qəzası, yoxsa təxribat?

Enerji qəzası, yoxsa təxribat?

Ölkə

9 Fevral 2010, 16:55

Mili Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsnin sədr müavini Aydın Mirzəzadə:

“Hər hansı təxribatın olub-olmadığı barədə indidən fikir söyləmək tezdir”

 

Ölkənin enerji sektorunda baş vermiş texniki qəza Milli Məclisin üzvlərinin ciddi narahatçılığına səbəb olub. Bu barədə Modern.az-a Mili Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsnin sədr müavini Aydın Mirzəzadə bildirib.

Qeyd edək ki, bu günkü qəza nəticəsində bir sıra strateji dövlət obyektləri- Milli Məclis, Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Bakı Metropoliteni və icra hakimiyyətərinin binaları işıqsız qalıb. 

Müşahidəçilərin fikrincə, son illərdə strateji obyektlər belə ciddi enerji qəzası ilə üzəşməyib. Bütün bu məqamlar hadisənin araşdırılmasını vacib edir. A.Mirzəzadənin sözlərinə görə, strateji obyektlərdə enerjinin kəsilməsi diqqətlə araşdırılmalıdır. “Hər hansı təxribatın olub-olmadığı barədə indidən fikir söyləmək tezdir. İndi araşdırma gedir. Araşdırmalar başa çatdıqdan sonra müəyyən fikir söyləmək olar”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi