Arxiv
7 İyun 2021, 10:30 | MÜSAHİBƏ
Azərbaycanlı startapçı: “İnsanlar bir oyuncağa 500 dollar pul verə bilər” - MÜSAHİBƏ

Toğrul Səmədlədir.

Toğrul Səməd 2013-cü ildə "Tor Games" komandasını qurub. 2017-ci ildə 5 mln. yükləmə sayı olan "Fatal Fight" adlı oyunu Estoniyanın "İtech Solutions" şirkətinə satıb. Hazırda Dubayda yerləşən "Buglance" və  Amerikada yerləşən “Nafantano” şirkətinin təsisçisi və direktorudur.

Modern.az müsahibəni təqdim edir:


- “Startup” layihələrinizin yaranma məqsədi nədir?

- Hər “startup”ın məqsədi fərqlidir. Misal üçün, “Nafantano” əl işlərindən ibarət olan layihədir. Premium keyfiyyət və qiymətdə satılır. Şirkət isə Amerikada qeydiyyatdan keçib. Bu layihəni hazırlayanda əsas sual bu idi ki,  insanlar bir yumşaq oyuncağa 500 dollar pul verərmi?  “Startup” hazır olandan sonra bu sualın cavabını tapdıq ki, insanlar bir oyuncağa 500 dollar pul verə bilər.  Bu da insanlara bunu necə təqdim etməkdən və yanaşmadan asılıdır. İkinici “startup” layihəmiz “Buglance” isə Dubay şirkətidir. 
Mobil proqramları və saytları test etmək üçün istifadə olunur. Təsəvvür edin  bir tərəfdə proqramlarını test etmək istəyən və digər tərəfdə pul qazanmaq istəyən insanlar var. Bizim mahiyyətimiz burda həmin insanları mobil tətbiqdə görüşdürməkdir. İndiyə qədər  minlərlə insan bu proqram vasitəsi ilə həm öz müştərilərini qazanıb, həm də proqramlarını test edib. Bizim məhsulumuz daha çox xarici bazar üçün nəzərdə tutulub, amma bəzi Azərbaycan şirkətləri ilə də ortaqlığımız olub. Azərbaycanda “eManat”, “starex” kimi bəzi şirkətlərlə işləmişik.


- Uğurlu “startup” nədir, nədən başlamaq lazımdır?

 

- Uğurlu “startup” üçün hamının bildiyi standart etablar var. İdeyanı var olması işin başlaması deyil.  İdeyanı təsdiqləməlisən ki, bazarda həqiqətən də sənə ehtiyac var. İkinci etab isə işin üçün komandanın qurulmasıdır. Əslində tək başlamaqda olar, əgər bu sahədə  müəyyən biliyiniz varsa. Üçüncü isə satıla bilən minumum bir məhsul hazırlamaqdır. Bununla artıq bazarın reaksiyasını öyrənirsən ki, buna ehtiyac var, yoxsa yox.  Bu artıq təsdiqini tapandan sonra böyümək üçün investisiyalar axtarılır. Bu mərhələ böyüyə bilən və təkrarlana bilən mərhələyə qədər davam edir. Ola bilər ki, sizin məhsul satılır, amma miqyaslana bilən bir məhsul deyil. Məsələn, siz restoran açırsınız, bir restoranı açmaq üçün sizə bir-iki ay vaxt lazımdır. Bir gün içərisində on ölkədə açılmağınız problemlidir. Amma siz bir sayt açmaq istəyirsinizsə, bir gündə bütün dünyaya açıla bilirsiniz.


- Azərbaycanda “startup” layihələrini necə qiymətləndirirsiniz?


- Azərbaycanda “startup”lar investisiyaya açıla bilən “startup”lar səviyyəsində deyil. Bu həmçinin qanunvericilikdən dolayı da ola bilir. Şirkət  Azərbaycandadırsa, xarici investisiyalar bu layihəyə maliyyə ayıra bilmir. Ona görə də, komanda Azərbaycanda olsa belə, məcburdur ki, şirkətləşməni mütləq xaricdə etsin. Bundan başqa komanda problemi var. Azərbaycanda yaxşı təcrübəsi olan insanlar demək olar yox səviyyəsindədir. Çox yeni sahədir deyə, təcrübəsi olan komandalar çox azdır. Bu da bizi xarici bazardan uzaq salır.


- Sizcə Azərbaycanda gənclər bu sahədə kimi özünə nümunə götürə bilər?


- Bizdə bu sahədə ciddi uğur hekayələri yoxdur. Adədət o bazarda gənclər meyilli olur ki, özündən qabaq uğurlu insanlar görür. Bizdə isə belə hekayələr çox azdır. Olanda da məbləğlər o qədər də gənclər üçün cəlbedici deyil. Ona görə də insanların inamı yoxdur.


- Bu sahədə gələcək planlarınız nələrdir?


- Hazırda Amerika şirkəti ilə birlikdə yeni bir layihə üzərində çalışırıq. Burda əsas ideya səsin mətinə çevrilməsi və ingilis dilindəki tələffüz problemini həll etməkdir. Bu layihə alınarsa, qlobal bazarda daha çox uğur qazanacağımızı düşünürəm.

 

Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv