Modern.az

“Dünyada sözünə və imzasına hörmət etməyən yeganə dövlət Ermənistandır”

“Dünyada sözünə və imzasına hörmət etməyən yeganə dövlət Ermənistandır”

Aktual

8 İyun 2021, 11:43

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında çıxış edən deputat Musa Qasımlı Ermənistanın bir daha terrorçu dövlət olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, Musa Qasımlı Kəlbəcərdə həlak olan jurnalistlərin erməni terrorunun qurbanı olduğunu deyib:

 

"Bu, Ermənistanın terror dövləti olduğunun növbəti göstəricisidir.

 

“Dünyada nəinki sözünə, hətta imzasına belə hörmət etməyən ölkə varsa, o Ermənistandır”.

 

Həmçinin Musa Qasımlı ali məktəblərdə dissertasiya işləri ilə bağlı islahatlara ehtiyac olduğunu qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır