Modern.az

Tahir Kərimli hökumət üzvlərini rayonlara çağırdı

Tahir Kərimli hökumət üzvlərini rayonlara çağırdı

8 İyun 2021, 12:37

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Tahir Kərimli hökumət üzvlərinə etirazını bildirib.

 

Modern.az xəbər verir ki, Tahir Kərimli hökumət üzvlərini rayonlara dəvət edib:

 

"Hər dəfə seçicilərin problemlərini dinləyirik. Yaxşı olar ki, siz də gedib yerlərdə vətəndaşlarla görüşün, problemləri dinləyin. Nə problem olursa, seçicilər bizdən tələb edirlər".

 

Tahir Kərimli bəzi hökumət üzvlərinin düz sözdən incidiyini də qeyd edib:

 

"Elə ki, düz söz deyirik, dərhal kiminsə acığına gəlir. Sanki subyektiv tələbimiz var. Mən Sovet dövrünə diqqət çəkmək istəyirəm.  Məgər Sovet dövründə mükəmməl təhsil sistemimiz yox idi. İndi Baloniya  sistemi gəlib ortaya çıxdı. Kimsə önə gedirsə şəxsi hazırlığının hesabına olur. Elm təhsil sahəsində geri gedirik. Baxın nobel  mükafatçılarımız  varmı? Xalqın rifahını yüksəltmək istəyiriksə, heç olmasa 10 ildən sonrani düşünün, hörmətli hökumət üzvləri" 

 

Milli Məclisin sədri Sahibə Qafarova Tahir Kərimliyə cavab verib:


"Demək olmaz ki, təhsilimiz yoxdur. Təbii ki, çətinliklərimiz, problemlərimiz var. Biz də birgə bu çətinlikləri aradan qaldırmağa çalışmalıyıq".


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər