Modern.az

“İstiqlalçı deputat” vəfat edib

“İstiqlalçı deputat” vəfat edib

Allah rəhmət eləsi̇n

8 İyun 2021, 15:29

Milli Məclisin Naxçıvan Muxtar Respublikasının Ordubad Seçki Dairəsindən keçmiş deputatı Hicran Kərimli vəfat edib. Modern.az xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə bildiriblər.

Hicran Kərimli 1991-ci ildə təşkil edilən parlamentin üzvü seçilmişdi. O, 1995-ci ildə deputat mandatı ilə vidalaşıb.

Mərhum 1995-ci ildən 1998-ci ilə kimi Belarusda yaşamış, daha sonra isə Rusiyaya köçmüşdü.

Moskvada bizneslə məşğul olan Hicran Kərimlinin koronavirus xəstəliyindən vəfat etdiyi bildilir.

H.Kərimli 1991-ci ilin martında SSRİ-nin saxlanılması əleyhinə səs vermiş "istiqlalçı deputatlar"dan biri idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?