Modern.az

Erməni diversantların Azərbaycan hərbçilərini əsir götürmək tapşırığı da olub

Erməni diversantların Azərbaycan hərbçilərini əsir götürmək tapşırığı da olub

Analitika

8 İyun 2021, 15:40

İyunun 8-də Laçın ərazisində Ermənistanın kəşfiyyat-diversiya qrupunun qarşısını alınıb, qrupun üzvlərindən Artur Kartanyan saxlanılıb.


Modern.az-ın məlumatına görə, olayı şərh edən ekspert Asif Nərimanlı bildirib ki, rəsmi məlumatda iki məqam diqqət çəkir:

- təxribat diversiya-kəşfiyyat qrupu tərəfindən törədilib;
- qrupun tapşırığı ərazilərimizi minalamaq olub.

“Bu, kəşfiyyat-diversiya qrupunun hədəfinin təkcə ərazilərimizi minalamaq olmadığı ehtimalını önə çıxarır. Rəsmi məlumatda “ilkin araşdırmalara görə, tapşırığın minalamaq olduğu” qeydi də bunu deməyə əsas deyil. Kartanyanın danışdırılması digər tapşırıqları da ortaya çıxara bilər”, - A.Nərimanlı deyib.

Onun sözlərinə görə, istisna deyil ki, kəşfiyyat-diversiya qrupunun Azərbaycan hərbçilərini əsir götürmək tapşırığı da olub:

“Ermənistan hakimiyyətinin seçkiöncəsi aşağıdakılara nail olmaq istədiyi şübhəsizdir:

- Əsir götürməklə Azərbaycanın saxladığı erməni diversantlarla dəyişdirmək istəyir;

- Seçkiöncəsi saxlanılan erməni diversantların “qisasını” almaq, cəmiyyəti kiçik də olsa qələbəyə kökləmək və diversantların qaytarılmasına ümidləri artırmaq istəyir.

“Gallup”un son sorğusu da təsdiqləyir ki, erməni cəmiyyəti üçün indi ən vacib məsələ “sərhədlər və əsirlər”dir. Paşinyan hakimiyyəti seçkidən öncə bu prioritetlər üzərindən qazanmaq niyyətindədir.

Diversiyanın qarşısını alındı və ermənilər “ova gedərkən, ovlandı”. Hərçənd, təxribatlar davam edəcək”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir