Modern.az

Türk dövlətlərinin iqtisadi birliyi: Bu ideya hansı dövlətlərdə qıcıq doğurur...

Türk dövlətlərinin iqtisadi birliyi: Bu ideya hansı dövlətlərdə qıcıq doğurur...

8 İyun 2021, 16:21

Türkdilli ölkələrin dərin inteqrasiyası ideyası Sovet İttifaqının dağılmasından sonra aktivləşdi. Ötən dövr ərzində bu istiqamətdə önəmli addımlar atılıb. Türk dünyasında dövlətlərin qarşılıqlı inteqrasiyası üçün ilk olaraq mədəni birlik yaradıldı. 1990-cı illərin əvvəlində yaradılan TÜRKSOY türk xalqlarının mədəni birliyini müdafiə edən və onun inkişafını təmin edən təşkilatdır.

 

Daha sonra Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) yaradıldı ki, bu da türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılmasında mühim addım idi. Daha sonra 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) yaradıldı. Fəaliyyətinin əsas məqsədi isə türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir.

Türk dövlətlərinin bir birinin siyasi, mədəni və türk dünyasının maraqlarının beynəlxalq səviyyədə təmin olunması üçün yaxınlaşması iqtisadi tərəfdən də birliyini yaradılmasını sürətləndirir. Bəs yaxın müddətdə türk dilli ölkələr üçün iqtisadi birlik bloku yarana bilərmi?

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Modern.az-a danışıb. Onun sözlərinə görə, gələcəkdə iqtisadi münasibətlərin ümumi bir mərkəzdən tənzimlənməsi reallaşa bilər:

“Türk ölkələrin iqtisadi əlaqələri var, amma bir mərkəzdən koordinasiya edilmiş şəkildə deyil. Hətta hazırda birgə investisiya bankının yaradılması ilə bağlı müzakirələr gedir. Birgə investisiya bankının yaradılması və iqtisadi münasibətlərin tənzimlənməsi üçün birliyin yaradılması vacib amil kimi çıxıç edir. İqtisadi cəhətdən də yeni loqistik yolların açılmasına və Azərbaycanın burda mərkəzə çevrilməsinə şərait yaradacaq. Türkiyədən başlayaraq Azərbaycan üzərindən Orta Asiya ölkələrinə qədər yeni xətlərin açılması həm Şərq-Qərb, həm də gələcəkdə Zəngəzur dəhlizinin açılması münasibətlərin daha da sürətlənməsinə səbəb olacaq”.

 

Natiq Cəfərli həmçinin qeyd edib ki, amma burda önəmli bir məqam var ki, bu əlaqələrin daha sürətli və qərarlı addımlar ətraf ölkələrdə qıcıq reaksiyası yaradır:

“Çox güman ki, Türk respublikalarının rəhbərliyi, o cümlədən Türkiyə və Azərbaycan prezidentləri də müəyyən qərarlar verərkən bu amili nəzərə alırlar. Çünki istər-istəməz belə bir yeni qurşağın və ticarət zonasının yaranması qonşu dövlətlərdə müəyyən qıcıq yaradır. Bu qıcığı yaratmamaq və yaxud bu kimi tədbirləri azaltmaq üçün düşünülmüş şəkildə addım-addım qərarların alınması lazım olacaq. Amma belə bir birliyin yaradılmasının əsası da var. Türkiyə Azərbaycan və ya başqa türk dövlərində kifayət qədər rola malikdir. Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda böyük investisiyaları var. Hər halda bu əlaqələrin genişləndirilməsi türk dövlətlərinin mənafeyinə xidmət edən bir amil ola bilər”.

 

Aysel Məhərrəm

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!