Modern.az

Kəlbəcərə aparılan heyvanların sahibi məlum oldu

Kəlbəcərə aparılan heyvanların sahibi məlum oldu

8 İyun 2021, 17:19

Kəlbəcərə elatın qayıdışı və yaylaqlarda normal həyatın qismən bərpası pilot layihədir.


Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, layihənin detalları haqqında geniş məlumat ictimaiyyətə açıqlanacaq.


Nazirlikdən o da bildirilib ki, hazırda Kəlbəcər yaylaqlarına qaytarılan heyvanların bir hissəsi "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin balansında olan heyvanlardır. Damazlıq təsərrüfatının heyvanları və kəlbəcərli fermerlərin mal-qarası yaylaqlara qaytarılıb.


Xatırladaq ki, elatın Kəlbəcərə köç etməsinin ardından arıçılar da arı ailələrini bölgəyə aparıblar. Bu barədə videolar sosial şəbəkələrdə yayılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir