Modern.az

Makrona şillə vurdular - VİDEO

Makrona şillə vurdular - VİDEO

8 İyun 2021, 17:25

Fransa prezidenti Emmanuel Makrona ölkə boyunca səfəri zamanı bir nəfər tərəfindən şillə vurulub.

Hadisə iyunun 8-də Makronun Fransanın cənub-şərqindəki Dron regionunda Ten LʼErmitaj icmasının üzvləri ilə salamlaşdığı zaman baş verib.

Modern.az xarici KİV-ə istinadən  xəbər verir ki, hadisə ilə bağlı iki nəfərin saxlandığı bildirilir. Le Figaro yazır ki, onlar rəsmi şəxsə qarşı zorakılıqda şübhəli bilinirlər.

Makron əslində Valans şəhərində nahara yollanmalı idi. Amma yolustü onu şüarlarla salamlayan tərəfdarlarının qarşısına çıxıb.

Elə bu vaxt ona kütlənin arasında olan eynəkli və yaşıl maykalı bir nəfər qəfil şillə vurub.

Hadisənin videosunda şillə vuranın “Rədd olsun makronçuluq!” qışqırdığı görünür.

Fransanın baş naziri Jan Kasteks deyib ki, baş verən hadisə demokratiyaya ziddir.

Makronun iki mühafizəçisi hücum edəni saxlayıb və prezidenti bir tərəfə çəkib.

Prezident Administrasiyasından bildirilib ki, Makrona hücum cəhdi olub. Lakin başqa təfərrüat verilməyib.

Bəzi xəbərlərə görə, şəxsiyyəti barədə hələ ki məlumat verilməyən şəxs “monarxist” şüarlar qışqırırmış.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir