Modern.az

İrana qarşı müharibə gözlənilir

 İrana qarşı müharibə gözlənilir

9 Fevral 2010, 18:09

İrana qarşı müharibə ehtimalı artır. Modern.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İranın nüvə proqramını davam etdirməsinə rəğmən Avropa ölkələrinin İrana qarşı müharibəyə  hazırlaşdığını bəyan edib. Patruşev İranın nüvə proqramını dayandırmaq üçün bölgədə müharibə ehtimalının yüksək olduğunu deyib. Patruşev qeyd edib ki, bəzi Avropa ölkələri və İsrail İranın atom bombası hazırlamasına şübhə etmir.  “Bölgədə müharibənin başlamasına yol verilməməsi çox önəmlidir. Ancaq nəzəri olaraq İrana qarşı müharibə ehtimalı mövcuddur. Bəzi ölkələr İrana qarşı hərbi müdaxilə  planlarını istisna etmirlər”,-deyə Patruşev bildirib.                

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər