Modern.az

Azərbaycan Şuşadan oğurlanan xalçalarla bağlı YUNESKO-ya müraciət edib

Azərbaycan Şuşadan oğurlanan xalçalarla bağlı YUNESKO-ya müraciət edib

Mədəni̇yyət

9 İyun 2021, 09:50

Azərbaycan mədəni irsini daim saxtalaşdırmağa və onu özününkiləşdirməyə cəhd edən ermənilər növbəti qara əməllərini nümayiş etdiriblər - 30 ilə yaxın işğal altında saxladıqları Şuşadan oğurlanan xalçaları Ermənistanda sərgiyə çıxarıblar.

 

Bu sərgi ilə onlar tariximizi bir daha saxtalaşdırmağa çalışdılar. Həmin xalçalar azərbaycanlı xalçaçılar tərəfindən toxunan milli irsimizin nümunəsidir.

 

Xalça elə sənət əsəridir ki, toxunduğu bölgənin tarixini, o ərazidə yaşayan xalqın mənsubluğunu özündə əks etdirir. Xalçalardakı kompozisiya, naxışlar və rəng həlli Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir.

 

Həmin tarixi eksponantlarımızın İrəvan muzeyində ermənilər tərəfindən saxlanması təəssüf hissi doğurur.

 

Bəs həmin eksponantları yenidən Şuşa muzeyinə qaytarmaq mümkün ola bilərmi?

 

Şuşa şəhər mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov Modern.az-a Şuşadan 1200-ə yaxın eksponant tapdığını bildirib:

 

“İşğaldan azad olunandan sonra Şuşaya ziyarət edəndə, zirzəmilərdən Şuşa muzeyinə xas olan 1200-ə yaxın eksponant tapmışam. Tapdıqdan sonra da hamısını dövlətə təhvil vermişəm.

 

Ermənilər Şuşa muzeyindən olan həmin xalçaları 1992-ci ilin işğalı zamanı aparıblar. Şuşada 8 muzey var idi. Onlardan Xalça muzeyi, Üzeyir Hacıbəyov adına muzey, Bülbülün ev muzeyindən əşyaların müəyyən bir qismini çıxara bilmişdik. Lakin Tarix-Diyarşünaslıq muzeyindən olan əşyaları çıxara bilməmişdik. Həmin o muzeyin xalçalarını işğal zamanı oğurlayıb öz xalçaları adı ilə hər kəsə təqdim ediblər. Nəzər yetirdikdə onların hamısının bizim qədim hovlu xalçalarımız olduğu aydın şəkildə görünür”.

 

Z.Abbasov eksponantların qaytarılması üçün YUNESKO-ya müraciət edildiyini söyləyib:

 

“Eksponantların qaytarılması ilə bağlı YUNESKO-ya müraciət etmişdik, lakin heç bir cavab vermədilər. Haaqa Konvensiyasına görə işğal altında qalan muzey əşyaları mütləq xalqın özünə qaytarılmalıdır. Onlar bu günə qədər hansı qərara baxıblar ki, buna da diqqət etsinlər... Ermənistan üçün heç bir qanun işləmir. Öz bəd əməllərindən əl çəkmirlər. Beynəlxalq təşkilatlar da bu olanların hamısına göz yumur”.

 

Nəzrin Vahid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı