Modern.az

Qənirə Paşayeva əslində hansı nazirliyi tənqid edib? - Deputatdan AÇIQLAMA

Qənirə Paşayeva əslində hansı nazirliyi tənqid edib? - Deputatdan AÇIQLAMA

9 İyun 2021, 10:04

“Mənim Milli Məclisin növbədənkənar iclasında etdiyim çıxışın bəzi sosial media iştirakçıları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), nazir Sahil Babayevin ünvanına deyilmiş kimi təqdim olunduğunu gördüm. Qeyd etmək istərdim ki bu tam yanlış qənaətdir”.

 

Modern.az-ın məlumatına görə, bunu millət vəkli Qənirə Paşayeva Milli Məclisdəki dünənki çıxışa olan reaksiyalara cavbab olaraq bildirib.

 

Deputat deyib ki, dünənki çıxışında nəinki ƏƏSMN-in fəaliyyətini tənqid edib, əksinə bu nazirliyə ünvanladığı bütün müraciətlərin operativ və qanunauyğun şəkildə müsbət cavabnlandırıldığını vurğulayıb.

 

“Çünki nazir Sahil Babayevə və nazirlik rəsmlərinə vətəndaşlarımızla bağlı etdiyimiz müraciətlərə hər zaman çox qısa zamanda cavablar verilib və onlar operativ şəkildə hər zaman məsələni nəzarətə götürüblər”.

 

Q.Paşayevanın sözlərinə görə, onun qaldırdığım məsələ 1992-97-ci illərdə ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərin iştirakçısı olarkən yaralanmış və sonradan sağlamlıqlarına dəymiş zərərə görə əlillik təyin olunmuş bir qrup müharibə əlili ilə bağlı olub:

 

“Bu kateqoriyadan olan bəzi vətəndaşlarımız bizə müraciət edərək, onlara ödənəcək  sığortapulu ilə bağlı məhkəmə qərarlarının olmasına baxmayaq, hələ də ödənişin gerçəkləşmədiyini və bu məsələdə dəstək göstərilməsini xahiş ediblər. Dövlət sığorta kommersiya qurumundan (“Azərsığorta”) bu barədə soruşduqda bildirirlər ki bu məsələnin həlli Mərkəzi Bank və Maliyyə Nazirliyinin diqqətindədir. Amma “məhkəmə qərarı nə zaman icra ediləcək” sualımıza “Azərsığorta” rəsmlərindən nə vətəndaş, nə də biz konkret cavab ala bilirik. Ümid edirəm ki, əlində məhkəmə qərarı olan 600 -dən çox müharibə əlillinin ciddi narahatçılığına adıçəkilən qurumlar çox qısa zamanda aydınlıq gətirib, problemi həll edəcəklər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər