Modern.az

Avropa İttifaqının saziş üçün Bakı qarşısında şərtləri: Azərbaycanın arqumentləri

Avropa İttifaqının saziş üçün Bakı qarşısında şərtləri: Azərbaycanın arqumentləri

9 İyun 2021, 17:00

Azərbaycanla Avropa Birliyi arasında Tərəfdaşlıq Prioritetləri haqqında yekun razılaşmanın imzalanmamasına əngəl yaradan əsas amil ticarət məsələləri ilə əlaqədardır.


Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas sazişin imzalanmaması səbəbindən danışarkən Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamasına diqqət çəkib.


Əslində bu, yeni detal deyil. İqtisadi məsələlərlə bağlı başqa bir məqam da var, Avropa İttifaqı bu məsələdə də Azərbaycanın qarşısında şərtlərini açıqlayır. Bunu izah etməyə çalışacağam.


Mübahisəli məsələləri konseptual baxışlarla izah etmək üçün Prezident İlham Əliyevin 2019-cu ilin dekabr ayında yerli jurnalistlərə verdiyi müsahibəyə nəzər yetirmək lazımdır.


İlham Əliyev də Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmamasını Avropa İttifaqını narahat etdiyini demişdi.


Lakin Azərbaycanın bu iqtisadi Təşkilata qoşulmaması üçün arqumentləri var.


Bakı hesab edir ki, ölkənin əsas ixracın əsas hissəsi neft-qaz məhsullarıdır. Bu məhsulları ixrac etmək üçün isə Dünya Ticarət Təşkilatına üzv olmaq şərt deyil.


Bakının digər arqumenti budur ki, Azərbaycanın Təşkilata üzvlüyü yerli istehsalçılar, yerli sənaye sektoru, kənd təsərrüfatı sektoru böyük problemlərlə üzləşə bilərlər.


Risk faktorunu izah etmək üçün, Bakının mövqeyi budur ki, Azərbaycan həmin Təşkilata üzv olsa, ölkəyə yerli bazarda dominantlıq qazanmaq məqsədilə böyük həcmdə keyfiyyətsiz mallar idxal olunacaq və yerli istehsal ziyan görəcək.


Üçüncüsü, Bakı düşünür ki, Təşkilatın özü qlobal risklərlə üz-üzədir.


Avropa İttifaqının rəsmi nümayəndəsinin “narazılığındakı” digər detallar da gizlənir, hərçənd bunu açıqlamayıb.


Həmin detalı anlamaq üçün İlham Əliyevin müsahibəsinə yenidən ekskurs edərək digər bir məqama da diqqət çəkmək lazımdır.


Sazişə Avropa İttifaqı tərəfindən belə bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin.


Dövlət başçısı buna izah verərkən qeyd edib ki, hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır.


Azərbaycan hesab edir ki, əgər öz təbii qazını daxili qiymətlərlə satsa, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək.


İstehlakçılara qaz qiymətini ixrac qiymətləri ilə satmaq isə təbii ki, ölkə əhalisinin də ürəyincə deyil.



Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir