Arxiv
9 İyun 2021, 17:22 | DİASPOR
BİLGESAM erməni terroru ilə bağlı bəyanat yaydı

Türkiyədə fəaliyyət göstərən Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi – BİLGESAM Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru ilə bağlı bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, mərkəzin rəhbəri Elnur İsmayılın imzası ilə yayılmış bəyanatda bildirilib ki, II Qarabağ müharibəsində məğlub olan və 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh razılaşmasını imzalayan təcavüzkar Ermənistan hələ də bölgənin təhlükəsizliyinə təhdid olaraq qalmaqdadır. Ermənistanın mülki insanların ölümünə səbəb olmaqla beynəlxalq hüquq normalarını pozduğunu vurğulayan bəyanat müəllifləri hesab edirlər ki, dünya ictimaiyyəti minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi məsələsində Ermənistana əməli təsir göstərməli və mina terrorunun qarşısının alınması üçün qətiyyətli addımlar atmalıdır.

 

Bəyanatda AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayonunun Susuzluq kənd icra nümayəndəsinin müavini Arif Əliyevin faciəli şəkildə həlak olmalarına görə ailə üzvlərinə dərin hüznlə başsağlığı verilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?