Arxiv
10 İyun 2021, 12:35 | ALLAH RƏHMƏT ELƏSİN
Azərbaycanda məhkəmə sədri vəfat etdi

Cəbrayıl Rayon Məhkəməsinin sədri Mehman Nuriyev vəfat edib.

Modern.az-ın məlumatına görə, bu barədə mərhumun yaxınları bildiriblər.

M.Nuriyev 1958-ci ildə Biləsuvarda anadan olub. O, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

O, müxtəlif rayonlarda müstəntiq, prokoror müavini, prokuror vəzifələrində işləyib.

Mərhum 2020-ci ildən Cəbrayıl Rayon Məhkəməsinin sədri vəzifəsində çalışırdı.

Allah rəhmət eləsin...

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?