Arxiv
10 İyun 2021, 16:16 | PARLAMENT
Türkiyəli deputatlar Azərbaycana dəvət olunub

“Türkiyəli həmkarlarımızı Bakıya dəvət etdik. Mərhələli şəkildə növbəti dəfə Qarabağa səfər edəcəyik”.

 

Bunu Modern.az-a Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov deyib.


Onun sözlərinə görə, azərbaycanlı deputatların Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanla görüşü iki ölkə üçün gələcək planların həyata keçirilməsində mühim rol oynayacaq:

 

“Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan bizimlə görüşdü. Biz həmçinin Türkiyə Böyük Millət Məclisində iki  ölkənin parlamentlərinin müvafiq komissiyaları arasındakı münasibətlərdən, əlaqələrin inkişafından və gələcək planlardan danışdıq”.

Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv