Modern.az

Azərbaycanda  daha 75 nəfər yoluxdu - 3 nəfər öldü

Azərbaycanda  daha 75 nəfər yoluxdu - 3 nəfər öldü

Hadisə

10 İyun 2021, 16:35

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 334992 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 327907 nəfər müalicə olunaraq sağalıb, 4951 nəfər vəfat edib, aktiv xəstə sayı 2134 nəfərdir.

 

Ölkədə son sutka ərzində 8618, hazırkı dövrədək isə 3597849 test aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi