Modern.az

“Azərxalça”da yeni TƏYİNAT

“Azərxalça”da yeni TƏYİNAT

Mədəni̇yyət

10 İyun 2021, 18:00

"Azərxalça” ASC-nin  yeni rəhbərliyi idarəçilik sistemini də yeniləməkdə davam edir.

Modern.az xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyinin  Şuşa  filialının müdiri Əlisafa Nuriyev “Azərxalça”nın istehsalat üzrə direktoru təyin edilib.

Qeyd edək ki, Əlisəfa Nuriyev 1984- cu ildə Novosibirsk Elektrotexniki Rabitə  İnstitunun iqtisadiyyat fakültəsini bitirib və təyinatla uzun müddət Azərbaycan SSR Rabitə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.  1990-cı ildə Azərbaycan SSR Plan Komitəsinin Nəqliyyat və Rabitə şöbəsinə rabitə üzrə baş mütəxəssis kimi dəvət olunub. Daha sonra həmin qrumda Makroiqtisadi balanslar şöbəsinin rəhbəri və idarə rəisinin müavini kimi çalışıb.

1995-ci ildə xalq rəssamı professor Kamil Əliyevin dəvəti ilə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat  birliyində iqtisadiyyat və istehsalat şöbəsində çalışdıqdan sonra baş direktorun müavini vəzifəsini icra etməyə başlayıb. 

1995- 2005 – ci illər ərzində “Azərxalça” Elmi Yaradıcılıq və İstehsalat Birliyində direktorun birinci müavini vəzifəsində çalışıb.

2005- 2016 – ci illər ərzində “Azərxalça” ASC elan olunanadək müəsissənin direktoru vəzifəsini icra edib.

Əlisəfa Nuriyev 2004-cü ildə “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunun  hazırlanması və Parlamentdə  qəbul olunması prosesində iştirak edib.

Həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” ı onun bilavasitə iştirakı ilə hazırlanıb.

 “Azərxalça”  Elmi Yaradıcılıq və İstehsalat Birliyinin ləğv olunmasından müəyyən müddət sonra Azərbaycan Milli Xalça Muzeyinin  Şuşa  filialının müdiri kimi çalışıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir