Modern.az

Samuxda həkim sükan arxasında ürəktutmasından öldü

Samuxda həkim sükan arxasında ürəktutmasından öldü

10 İyun 2021, 20:20

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, Samux rayon sakini, 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlu idarə etdiyi “Mercedes” markalı avtomobildə infarkt keçirib.

Daha sonra idarəetmədən çıxan avtomobili daş hasara çarpılıb. Nəticədə sürücü dünyasını dəyişib.

 

İlkin ehtimalara görə, onun ölümü infarktdan olub.

 

Qeyd edək ki, mərhum Gəncə şəhərində stomatoloq kimi çalışıb.

 

Faktla bağlı araşdırma aparılır (report).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?