Arxiv
10 İyun 2021, 20:31 | TƏHSİL
Müəllimlərin işə qəbul imtahanı keçiriləcək

“Müəllimlərin iş yerinin dəyişməsi başa çatmaq üzrədir. Artıq 1800-dən çox müəllim bu şansı qazanıb”.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsindəki canlı yayımda bildirib.

 

 

O deyib ki, eyni zamanda yay ərzində müəllimlərin işə qəbulu da keçiriləcək:

 

“Ötən ildən başlayaraq MİQ imtahanını yalnız Bakıda deyil, bölgələrdə də keçiririk. Bu il 12 bölgədə bu imtahanlar keçiriləcək. Hər il təxminən 50 mindən artıq adam bu müsabiqəyə qoşulur və 7000-9000 adam işlə təmin olunur. İşlə təmin olunanların sayı olunmayanlardan çox olsa da, müəyyən adamlar narazı qalır. Amma bu proses tam şəffaf keçir”.

 

   
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?