Modern.az

Bayden-Putin görüşünə görə sakinlərə işə çıxmamaq tövsiyə olundu

Bayden-Putin görüşünə görə sakinlərə işə çıxmamaq tövsiyə olundu

Dünya

10 İyun 2021, 21:32

Cenevrə şəhər hakimiyyəti sakinlərə iyunun 16-da, ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək görüş günündə işə çıxmamağı tövsiyə edib.

 

Modern.az xəbər verir ki, bu barədə yerli “The Local” nəşri məlumat yayıb.

 

Həmçinin sakinlərdən ofislərə gəlməyərək evdən işləmək və səfərlərdən çəkinərək mümkün qədər öz evlərini tərk etməmək xahiş olunub.

Artıq mühüm görüş günündə şəhərin bağlı olacaq hissəsinin xəritəsi də nəşr edilib.

 

Qeyd edək ki, ABŞ - Rusiya sammiti La-Qranj parkında baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir