Arxiv
10 İyun 2021, 21:41 | AKTUAL
“Ukrayna-Azərbaycan: əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa - FOTO

Bu gün “Ukrinform” informasiya agentliyinin  təşkilatçılığı ilə “Ukrayna-Azərbaycan:əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Ukrayna və Azərbaycan arasında iqtisadi, siyasi, eləcə də  informasiya mübadiləsi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu dəyirmi masada Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və Komitənin əməkdaşı Teymur Atayev iştirak edib. Dəyirmi masada hər iki ölkə təmsilçiləri gələcəkdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni təkliflər səsləndiriblər.

 

Görüşdə birgə informasiya platformasının yaradılmasının hər iki ölkə üçün səmərəli olacağı vurğulanıb. Dəyirmi masa iştirakçılarını salamlayan Komitə rəsmisi 44 günlük Vətən müharibəsi dövründə rəsmi Kiyevin sərgilədiyi ədalətli mövqeyə görə dost xalqın nümayəndələrinə bir daha təşəkkür edib. O, qeyd edib ki, Azərbaycan tərəfi də öz növbəsində hər zaman Ukraynanı dəstəkləyir və Ukrayna ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirir.

 

Ukrayna Ali Radasının deputatları Maryan Zablotski, Lüdmila Marçrenko, Milli Məclisin deputatı Rüfət Quliyev, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov görüşdə iştirak edib və iki ölkə arasında əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?