İşğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 erməni hərbçinin qalıqları tapılıb.
Modern.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.
Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1567 erməni hərbçinin cəsədi və ya qalıqları tapılaraq, Ermənistana təhvil verilib.