Modern.az

Makron Ərdoğanla Qarabağı müzakirə edəcək

Makron Ərdoğanla Qarabağı müzakirə edəcək

10 İyun 2021, 22:28

Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Makron özü məlumat verib.

 

“NATO daxilində müttəfiqlər arasındakı münasibətlər önəmlidir. Bu məsələyə aydınlıq gətirmək üçün Ərdoğanla sammitdən əvvəl görüşəcəyik.

 

Mən Suriya, Livan və Qarabağdakı vəziyyət, həmçinin Azərbaycan - Ermənistan münasibətləri barədə danışmaq istəyirəm”, - deyə o bəyan edib.

 

Qeyd edək ki, dövlət başçıları iyunun 14-də keçirilən NATO sammiti öncəsi bir araya gələcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?