Arxiv
10 İyun 2021, 22:49 | DÜNYA
Bayden Consonla görüşdü

Böyük Britaniyanın Baş naziri Boris Consonla ABŞ prezidenti Co Bayden arasında sabah Britaniyada keçiriləcək G7 sammiti öncəsi görüş olub.

 

Modern.az xəbər verir ki, liderlər Britaniya və ABŞ arasındakı münasibətləri müzakirə ediblər.

 

1 saat 20 dəqiqə davam edən görüşdən sonra Boris Conson ABŞ prezidenti ilə danışıqların yaxşı keçdiyini bildirib.

"Bayden rəhbərliyini və Co Baydeni dinləmək çox gözəldir, çünki NATO-da iqlim dəyişikliyinə dair bir çox mövzuda onların bizimlə birlikdə etmək istədikləri çox şey var", - deyə B.Conson bildirib.

 

Qeyd edək ki, "Böyük Yeddilər"in (G7) zirvə toplantısı 11-13 iyun tarixlərində Britaniyanın Kornval bölgəsinin Karbis Bey kurort şəhərciyində keçiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?