Arxiv
11 İyun 2021, 00:08 | AKTUAL
Məhkəmə Makrona şillə vuran barəsində qərar verdi

Valans məhkəməsi Fransa prezidenti Emmanuel Makrona şillə vurmuş Demyen Tarel barəsində hökm verib.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, o, dörd ay müddətində azadlıqdan məhrum edilib.

 

Tarelin müdafiəçiləri 10 gün ərzində məhkəmə qərarından şikayət verə bilər.

 

Xatırladaq ki, insident prezidentin Drom regionuna səfəri zamanı baş verib.

 

Dövlət başçısı yerli sakinlərə yaxınlaşaraq onlarla söhbət etməyə başlayıb. Bu zaman kütlə arasında olan Damyen ona nəsə deyərək üzünə şillə vurub.

 

Fransalı siyasi və ictimai xadimlər Tarelin bu hərəkətini qınayıb, Makron özü isə məsələni şişirtməməyə çağırıb və sakinlərlə görüşlərini davam etdirəcəyini bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?