Arxiv
11 İyun 2021, 08:37 | PARLAMENT
Gürcüstan-Azərbaycan dostluq qrupunun rəhbəri indi spikeridir - Parlament DİPLOMATİYASI

“Gürcüstan parlamenti ilə yüksək əlaqələrlə bərabər, Gürcüstanın Azərbaycandakı səfiri ilə də sıx ünsiyyətdəyik”.


Bu barədə Modern.az-a Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev bildirib.


Deputat qeyd edib ki, pandemiya dövründə belə işçi qrup Gürcüstanla əlaqələri yüksək səviyyədə saxlaya bilib:


“Pandemiya dövründə Gürcüstanın deputatları ilə onlayn görüşlərimiz keçirildi. Gürcüstanın Azərbaycandakı səfiri ilə də mütəmadi ünsiyyətdəyik. Səfirin özü parlamentdə də oldu və spiker səviyyəsində görüş keçirildi. Bundan başqa, Gürcüstanın baş naziri Azərbaycanda səfərə gələndə həm səfər ərəfəsində, həm də səfər zamanı görüşlər keçirdik.


Gürcüstanda keçirilən seçkilər zamanı müşahidəçi qismində iştirak edən azərbaycanlı nümayəndə heyəti olaraq, qonşu ölkəyə səfər etdik. Orada Gürcüstan-Azərbaycan dostluq qrupunun rəhbəri ilə görüşümüz keçirildi.


Bizim mütəmadi olaraq münasibətimiz, sıx əlaqələrimiz var. Azərbaycanın Gürcüstandakı səfiri ilə də işlək əlaqələrimizi qura bilmişik. Azərbaycanlıların kompakt yaşadığı ərazidə hər hansı hadisəyə ciddi reaksiya verilir. Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupunun hər bir üzvü orada yaşayan azərbaycanlıların problemləri ilə maraqlanır. Bu, həm də rəhbərliyə məruzə olunur, müvafiq qərarların qəbulu üçün addımlar atılır”.



Arzu Nağıyev Gürcüstanın Azərbaycandakı səfiri ilə əməkdaşlıq səviyyəsində münasibətlərin qorunduğunu xüsusi vurğulayıb:


“Gürcüstanın Azərbaycandakı səfiri ilə çox normal münasibətlərimiz var. Hətta sonuncu dəfə Respublika Günü ilə bağlı yazışmamız, təbriklərimiz oldu.

Rusiyada 19 yaşlı azərbaycanlının qətlə yetirilməsi ilə bağlı mən işçi qrupunun rəhbəri kimi həm səfirlərlə danışmışam, həm də prezident Vladimir Putinə edilən müraciətdə imzam var.

Gürcüstan-Azərbaycan dostluq qrupunun rəhbəri artıq Gürcüstan parlamentinin spikeridir. Onu digər bir həmkarımız əvəz edir. Bununla əlaqədar da təbrik məktubu göndərmişik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv