Arxiv
11 İyun 2021, 09:43 | ALLAH RƏHMƏT ELƏSİN
Sabiq deputat vəfat etdi

Milli Məclisin keçmiş deputatı Aslan Abbasov vəfat edib.

 

Modern.az-ın məlumatına görə, mərhum bu gün doğulduğu Gəncə şəhərində dəfn ediləcək.

 

Aslan Abbasov Milli Məclisinin I çağırış (1995-2000-ci illər) deputatı olub. O, Yeni Azərbaycan Partiyasının deputatı olaraq parlamentdə 32 saylı İkinci Kəpəz seçki dairəsini təmsil edib.

 

Aslan Abbasov 1950-ci il martın 11-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun kimya texnologiyası fakültəsini bitirib. Kimya elmləri namizədi idi.

 

1995-ci il noyabrın 12-də 32 saylı İkinci Kəpəz seçki dairəsindən deputat seçilmişdi. Milli Məclisin İnsan hüquqları komissiyası sədrinin müavini işləyib. Evli idi, 3 övladı var.

 

Aslan Abbasov son vaxtlara kimi Azərbaycan Texnologiyalar Universitetində prorektor vəzifəsində çalışıb.

 

Qeyd edək ki, A.Abbasov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır.

 

Allah rəhmət eləsin...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv