Modern.az

Deputat əlilliklə bağlı dəyişikliyə aydınlıq gətirdi

Deputat əlilliklə bağlı dəyişikliyə aydınlıq gətirdi

11 İyun 2021, 12:09

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev əlilliklə bağlı dəyişikliklərin hər hansı qənaətə hesablanmadığını bildirib. 

Modern.az-ın xəbərinə görə, deputat parlamentdəki çıxışında bildirib ki, bəzi həmkarları orqanizmin 30 faiz funksiyasının itirilməsi halında əlilliyin təyin edilməməsini soruşdular:

“Bu 30 faiz məsələsi dünya praktikasında da belədir. Ola bilər ki, 30 faiz nəticəsində orqanizmin funksiyası pozulacaq, ancaq bu, şəxsin əmək və həyat fəaliyyətinə təsir etmir. Ancaq şəxs iş prosesini yerinə yetirərkən xəsarət alıbsa, bu zaman əlillik təyin olunacaq.

Bu dəyişikliklərin daha çox qənaət rejimininə xidmət etdiyi səsləndirilir. Əksinə, bununla daha çox vətəndaşımızın sosial pensiya almağı mümkün olacaq. Qanun qəbul edildikdən sonra Nazirlər Kabineti bu məsələdə 800 meyar üzrə qərarı təsdiq edəcək. Hər kəs o qərara baxaraq orqanizminin funksiyalarının neçə faiz itirdiyini görə biləcək. Ona görə də dəyişikliklərin məqsədi vəsaitə qənaət edilməsi deyil. Bilirik ki, son 3 il ərzində cənab Prezidentin qərarlarıyla sosial sahəyə artırılan vəsaitlər artırılıb”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub