Arxiv
11 İyun 2021, 13:37 | PARLAMENT
Mübahisəli qanun layihəsi yenidən müzakirə olunacaq

Spiker Sahibə Qafarova əlilliklə bağlı qanun layihəsinin yenidən komitə iclasında müzakirə edilməsini təkif edib. Modern.az xəbər verir ki, spiker bu barədə Milli Məclisin iclasında deputatların qanun layihəsinə narazılığına münasibət bildirərkən deyib.  

 

Sahibə Qafarova Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə bildirib ki, üçüncü oxunuşdan öncə komitə iclası geniş formatda keçirilməlidir:

“Çünki sual doğurur. Üçüncü oxunuşdan öncə geniş formatda müzakirə vacibdir”.

 

Deputat Musa Quliyev isə təklifin müvafiq olduğunu qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv