Modern.az

Azərbaycanlı azarkeşlər “Avro-2020”də hansı komandanı dəstəkləyir? - Fərqli CAVABLAR

Azərbaycanlı azarkeşlər “Avro-2020”də hansı komandanı dəstəkləyir? - Fərqli CAVABLAR

Mədəni̇yyət

11 İyun 2021, 15:52

Bu gün futbol üzrə Avropa Çempionatı-2020-yə start veriləcək.

Koronavirus pandemiyası səbəbindən ötən il keçirilməyən və bu ilə təxirə salınan Avro-2020 düz bir ay - iyunun 11-dən iyulun 11-dək davam edəcək.

Turnirin açılış oyununda bu gecə İtaliya Türkiyə ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.


Qeyd edək ki, çempionatda 24 komanda mübarizə aparacaq:

Türkiyə, İtaliya, Uels, İsveçrə, Danimarka, Finlandiya, Belçika, Rusiya, İngiltərə,  Xorvatiya, Avstriya, Şimali Makedoniya, Niderland, Ukrayna, Şotlandiya, Çexiya, Polşa, Slovakiya, İspaniya, İsveç, Macarıstan, Portuqaliya, Fransa, Almaniya.

Maraqlıdır, Azərbaycan futbolsevərləri Avropa Çempionatında hansı komandalara azarkeşlik edəcəklər?


Modern.az
-ın əməkdaşı bir qrup azarkeşi sorğu edib.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev:


“Açığını desəm futbol azarkeşi deyiləm. Lakin iki komandanın - İngiltərə və qardaş Türkiyə komandasının oyunu əsasən mənim üçün maraqlı olacaq. Ümid edirəm ki, hər iki komanda uğurlu oyun nümayiş etdirib, qələbə qazanacaq”.

 

“Unibank”ın İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri Sülhiyyə Şirinova:

“Mən heç vaxt futbol oyunlarının azarkeşi olmamışam. Bu çempionatın ölkəmiz üçün ictimai-siyasi-mədəni əhəmiyyətini yüksək qiymətləndirirəm. Təbii ki, qalib komandaların içərisində Türkiyə milli komandasını görmək istərdim. Əminəm ki, hər birimizə böyük sevinc yaşadacaqlar”.

 

Sabiq deputat Nazim Bəydəmirli:

“İstənilən beynəlxalq yarışlarda vətəndaş olaraq öz ölkəmizin komandasına azarkeşlik edirəm. Azərbaycandan sonra qardaş ölkəmiz Türkiyəyə, yaxın qonşulardan isə həmişə Gürcüstan və Ukrayna komandalarının azarkeşi olmuşam.
Uzaq qonşulardan da adətən İtaliyaya azarkeşlik etmişəm. Seçim gördüyünüz kimi çox çətindir. Əsas olan odur ki, ölkələr idman meydanlarında yarışsınlar, müharibə meydanlarında bir- birini “qırmasınlar”. Necə deyirlər,oyunçu aparsın, yəni hakimlər ədalətsizlik etməsinlər, futbol kollektiv oyun olduğundan, haqq edən ölkənin komandası aparsın”.

 

Hərbi ekspert Ədalət Verdiyev:

“Təbii ki, Azərbaycan orada olsaydı, öz komandamıza azarkeşlik edərdim. Lakin olmadığına görə bir çoxları kimi, mən də Türkiyə komandasına azarkeşlik edəcəm. Və onların da nailiyyət əldə edəcəklərinə inanıram. İnşallah,  Bakıda keçirilən oyunlar Türkiyə üçün uğurlu olar. Qardaş ölkəmizə uğurlar arzulayırıq. Onların qələbəsi bizim Vətən müharibəsindəki qələbə ilə birgə sinəmizi biraz daha qabardar, əhval-ruhiyyəmizi yüksəldər”.

 

Hüquqşünas Sidqi Şövkət:


“Futbol azarkeşi deyiləm. Lakin Türkiyə komandasına uğurlar diləyirəm”.

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu:


“Bizim bu gün azarkeşlik edəcəyimiz bir komanda ola bilər, o da Türkiyədir. Türkiyədən başqa yenə Türkiyə!”.

 

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu:

“Mən qardaş Türkiyənin ay-ulduzlu, al bayraqlı komandasına azarkeşlik edəcəm. Türkiyədən sonra isə futbol estetikası baxımından zəngin oyun nümayiş etdirməyi bacaran İtaliya millisinə azarkeşlik edəcəm”.

 

“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə:

“Qatı futbol azarkeşi deyiləm. Lakin ən maraqlı qarşılaşmaları izləməyi düşünürəm. Çempion olmasını ən çox istədiyim komanda Türkiyə millisidir. Əvvəllər olduğu kimi, bu dəfə də Türkiyəyə azarkeşlik edəcəm. Amma Türkiyənin çempion olmaq şansını çox yüksək qiymətləndirmirəm. Reallıq başqadır. Xüsusi azarkeşlik etdiyim komanda yoxdur. Kim sürətli oyun oynasa, dirəniş göstərsə, ortaya layiqli mübarizə əzmi qoysa, onu dəstəkləyəcəm. Almanlar həmişə sürətli oyunları ilə seçiliblər. Türkiyədən sonra Almaniya yığmasına azarkeşlik edəcəm”.

 

Aktyor Əjdər Zeynalov:

“Men yalan danışmağı sevmirəm.. Heç birinə azarkeşlik etmirəm”.

 

Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?