Modern.az

10 gündə regionlararası 5 milyon sərnişin daşınıb - RƏSMİ  

10 gündə regionlararası 5 milyon sərnişin daşınıb - RƏSMİ  

Ölkə

12 İyun 2021, 10:01

"Sərnişindaşımanın bərpa olunduğu 31 maydan bugünədək regionlararası bütün istiqamətlər üzrə 5 milyon sərnişin daşınıb".

 

Bu barədə Modern.az-ın sorğusunu cavablandıran Dövlət Avtomaobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib ki, əvvəlki günlərlə müqayisədə sərnişin sayında artım müşahidə olunur.

 

DANX rəsmisinin sözlərinə görə, gün ərzində səfər edən sərnişin sayı 490-495 mindir:

 

"Həftəsonları nisbətən artım olur. Paytaxtdan çıxan sərnişin axını gün ərzində 2500-3000 arasında dəyişir. Bu da 10 gündə 25-30 min sərnişin edir".

 

N. Allahyarova bildirib ki, ən çox sərnişin axını Gəncə istiqamətinədir:

 

"Daha sonra Qəbələ, Şəki, Qax, Zaqatala zonası gəlir. Növbəti daha çox səfər edilən bölgələrimiz Quba, Lənkəran zonasıdır. Qeyd edilən bölgələrimizə sərnişin axını istirahətlə bağlıdır".

 

Qurum rəsmisi qeyd edib ki, ümumilikdə bu il pandemiyadan əvvəlki dövrlə müqayisədə sərnişin axını çox deyil:

 

"Bu da daha çox ali məktəblərin əyani fəaliyyət göstərmədiyindən irəli gəlir. Hazırda ali məktəblərdə dərslər olmadığından, həmçinin çalışan vətəndaşların məzuniyyət dövrü iyula təsadüf etdiyindən növbəti aydan regionlara daha çox axın gözləyirik".

 

N. Allahyarova deyib ki, avtobuslarda karantin rejiminin qaydalarına riayət olunur:

 

"Hələlik bununla bağlı müraciət daxil olmayıb. Bildiyiniz kimi, nə Dövlət Avtomobil Nəqliyyatı Xidməti, nə də Avtovağzal cəzalandıran orqan deyil. Belə hal olarsa, aidiyyatı üzrə yönləndiriləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır