Modern.az

Mina xəritələri informasiya müharibəsində Azərbaycanın xeyriişləyəcək - ŞƏRH

Mina xəritələri informasiya müharibəsində Azərbaycanın xeyrinə işləyəcək - ŞƏRH

12 İyun 2021, 21:56

Azərbaycan nəhayət Ermənistandan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritəni aldı, bunun müqabilində isə 15 diversantı Gürcüstan vasitəsilə düşmən tərəfə təhvil verdi.

Modern.az-ın məlumatına görə, məsələyə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması diqqət çəkici idi.

“Humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyinin təqdir edildiyi bildirilən açıqlamada eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinkenin, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolu xüsusilə qeyd edildi. Bu sırada bircə Rusiyanın adı çəkilmədi. Səbəb sadədir. Çünki Rusiya mina xəritələrinin Azərbaycana təhvil verlməsi üçün İrəvana təzyiq etmədi. Halbuki, bunu ilk növbədə Moskva həyata keçirə bilərdi. Azərbaycan və Ermənistan bu dəfə başqalarının vasitəçiliyi ilə məsələni yoluna qoydular”.

Ekspert deyib ki, ilk mina xəritəsinin Azərbaycana təhvil verlməsinin aşağıdakı nəticələri ola bilər:


“Birincisi, bu yolla biz beynəlxalq aləmin minalar mövzsusuna diqqətini artırmış olduq. Bundan sonra Ermənistan “bizdə minalanmış ərazilərin xəritələri yoxdur” yalanını təkrarlaya bilməyəcək. Bu informasiya müharibəsində xeyrimizə işləyəcək.

İkincisi, parlament seçkisi öncəsi baş nazir vəzifəsini icra edən Nikol Paşinyan 15 ermənini geri qaytarmaqla az da olsa reytinqini artırmağa müvəffəq olacaq. O, bundan sonrakı mitinqlərdə “qalan erməni əsirləri də geri qaytaracam” tipli açıqlamalar verəcək”.

 

E.Şahinoğlunun sözlərinə görə, Nikol Paşinyan haqqında heç zaman açıq danışmadığı minalanmış ərazinin xərtələrindən ilkini Azərbaycana təhvil verməklə həm də artan kənar təzyiqdən yaxasını qurtarmağa çalışdı.

“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan minalanmış ərazilərin xəritəsini NATO toplantısındakı çıxış mətninə salmışdı. Paşinyan NATO toplantısı başlayana qədər ilk xəritəni Azərbaycana təqdim etməklə Türkiyə Cumhurbaşqanının çıxışının minalarla bağlı hissəsinin effektini azaltmağı hədəflədi.

Ancaq Ermənistan bir xəritə ilə işini bitmiş saya bilməz, bütün xəritələr Azərbaycana təhvil verilməlidir. Əlimiz gücləndi, minalar məsələsində Ermənistana təzyiq nəticə verdi. Davamı gəlsin. Əgər əlimizdə olan bir qisim erməninin Ermənistana təhvil verilməsiylə seçki öncəsi Paşinyanın mövqeyi güclənəcəksə, qoy olsun. Robert Köçəryandansa, qoy elə Paşinyan hakimiyyətinə davam etsin”.


Siyasi şərhçi Asif Nərimanlı da deyir ki, Bakının erməni diversantlarla bağlı planı işlədi və bu, ən unikal barterdir.


“Bakı bununla həm də Ermənistanda seçki öncəsi reytinqi geriləyən Paşinyanın əlini gücləndirir.

Barterin baş tutmasında Rusiyanın yox, Qərbin vasitəçilik etməsi də seçki öncəsi Paşinyana dəstək məqsədi daşıyır.

Növbəti həftədə - Ermənistanda seçkiyə qədər digər rayonların mina xəritələrinin verilməsinin də şahidi ola bilərik”.

 
A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi