Modern.az

“Minalanmış ərazinin kiçik hissəsinin xəritəsini vermişik” - Paşinyan

“Minalanmış ərazinin kiçik hissəsinin xəritəsini vermişik” - Paşinyan

13 İyun 2021, 11:18

“Ermənistan Azərbaycana minalanmış ərazisinin yalnız kiçik hissəsinin xəritəsini verib. Bu, çox kiçik ərazini əhatə edir”.

 

Modern.az hayeli.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bildirib.

 

Nikol Paşinyan bildirib ki, Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsi Ermənistan üçün prioritetdir.

 

Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir