Arxiv
13 İyun 2021, 16:29 | QARABAĞ
İranın Azərbaycandakı səfiri: “Ağdamın Xirosimaya bənzədilməsi həqiqətdir”

“Mən çox təəssüf edirəm ki, bu cür cənnət yerlər viranəyə çevrilib”.

 

Modern.az-ın məlumatına görə, bunu Ağdamda səfərdə olan İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi bildirib.

 

Səfir deyib ki, Ağdamda hər şey dağıdılıb: “Ağdam hazırda Xirosimaya bənzədilir, bu, həqiqətdir. Arzulayıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam yenidən qurulsun, gözəl binalar tikilsin. İran da bu ərazilərdə abadlıq işlərində iştirak etməkdə maraqlı olduğunu bəyan edib”.

 

S. A. Musəvi qeyd edib ki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, İran-Azərbaycan sərhədi dostluq sərhədidir: “İnşaallah, Azərbaycan və İran əl-ələ verərək bu torpaqları abad edəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv