Arxiv
14 İyun 2021, 00:11 | QARABAĞ
Rusiya MN-dən sülhməramlı açıqlaması

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı son məlumatında deyilir.

 

"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur" - nazirlikdən bildirilib.

 

Məlumata görə, iyunun 13-də Rusiya sülhməramlı bölmələri Azərbaycan Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib:

 

"Şimal və cənub istiqamətində Laçın dəhlizindən dörd karvan; Şuşa - Qırmızı Bazar - Qacar marşrutu boyunca bir karvan, digəri isə əks istiqamətdə".

 

Bildirilib ki, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər.

 

"23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin mühəndis qrupları tərəfindən 2.127.7 hektar ərazi, 657.3 km yol, 1.860 bina (30 sosial əhəmiyyətli obyekt daxil olmaqla) partlamamış hərbi sursatlardan təmizlənib, 25621 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

 

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır" - açıqlamada deyilir.

 

T.İSMAYIL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv