Modern.az

Bu il 11-ci sinifi bitirəcək məzunların sayı AÇIQLANDI

Bu il 11-ci sinifi bitirəcək məzunların sayı AÇIQLANDI

14 İyun 2021, 09:24

2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirir.

 

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, onlardan 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

 

2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.

 

2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

 

Qeyd edək ki, bu gün ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi