Arxiv
14 İyun 2021, 12:13 | QARABAĞ
“Qarabağ klanı” ilə bağlı maraqlı gediş - Kreml “Karapetyan kart”ını  İŞƏ SALDI

Ermənistanda 20 iyun seçkiləri öncəsi siyasi vəziyyət qeyri-müəyyən olaraq qalır.


Modern.az
Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Qarabağ klanı” və onların xaricdəki himayədarları Robert Koçaryanın başçılıq etdiyi “Ermənistan” bloku ətrafında sıx birləşib.

 

Bu gün “Qarabağ klanı”nın daha bir üzvü, Ermənistanın sabiq baş nazir Karen Karapetyan Robert Koçaryanı dəstəklədiyini bildirib.


“Dövlət idarəçiliyndə böyük təcrübəsi olan Koçaryan professional komandası ilə ölkəni düşdüyü böhrandan çıxara və işıqlı gələcəyə apara bilər”- deyə Karapetyan açıqlamasında söyləyib.

 

Karen Karapetyan 2016-2018-ci illərdə Ermənistanın baş naziri olub. O zamankı prezident və “Qarabağ klanı”nın əsas simalarından olan Serj Sarkisyanla birgə çalışan Karapetyan bu dəfə 3-cü prezidentin de-fakto lideri olduğu “Şərəf duyuram” blokuna dəstək verməyib.


Karen Karapetyan Kremlə yaxınlığı ilə tanınır. O hazırda Rusiyanın “Zarubejneft” şirkərinin Direktorlar Şurasının üzvü, həmçinin, Rusiya hökuməti yanında ekspert şurasının üzvüdür. Karapetyanın seçkiqabağı Koçaryanı dəstəkləməsi Kremlin diktəsi ilə edilən seçim kimi qəbul olunmalıdır. Bu, Moskvanın 20 iyun seçkilərində faktiki olaraq, “Qarabağ klanı”na dəstək verdiyini göstərir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv