Modern.az

İş adamının kürəkəni “Range Rover” qəzasına görə saxlanıldı - DİN rəsmisi

İş adamının kürəkəni “Range Rover” qəzasına görə saxlanıldı - DİN rəsmisi

Hadisə

14 İyun 2021, 12:30

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Novxanı-Sumqayıt yolunda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı Modern.az-a daha bir açıqlama verib.


E.Zahidov deyib ki, hadisə ilə bağlı cinayət işi açılıb:


“Araşdırmalar nəticəsində məlum olub ki, sükan arxasında sərxoş vəziyyətdə “Range Rover” markalı avtomobilin sahibi Elşad Kərbalayev olub. Hadisə ilə bağlı cinayət işi açılıb, Elşad Kərbalayev həbs edilib".

 

Xatırladaq ki, iyunun 14-ü gecə saat 1 radələrində Novxanı bağlar sahəsində E.Kərbalayevin idarə etdiyi “Range Rover” markalı avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daeewo” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.


Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir.

Xatırladaq ki, DİN rəmisi Ehsan Zahidov saytımıza verdiyi ilkin məlumatda sükan arxasında E.Kərbalayevin deyil, Ələsgər Əliyevin olduğunu açıqlamışdı.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir