Modern.az

15 milyon dollar profisit yaranıb – Mərkəzi Bank

15 milyon dollar profisit yaranıb – Mərkəzi Bank

İqtisadiyyat

14 İyun 2021, 13:04

2021-ci ilin I rübündə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası, qeyri-neft ixracının genişləndirilməsi, həmçinin kapital və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənib.

Modern.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, cari əməliyyatlar balansında 627.7 milyon dollar kapital və maliyyənin hərəkəti hesabında isə 15 milyon dollar profisit yaranıb. Ehtiyat aktivləri 325.9  milyon dollar artıb. Bu dövrdə orta rüblük neft qiyməti 52.4 dollar barel olub, qeyri-neft ixracı isə 11 % artıb.

 

Rəsmi məlumata görə, 2021-ci ilin I rübü üzrə cari əməliyyatlar hesabının profisiti 627.7 milyon dollar və ya ÜDM-in 5.6%- ni təşkil edib (2020-cu ilin I rübü üzrə 646.3 milyon dollar profisit olub). Neft-qaz sektoru üzrə CƏB profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 19.9% azalaraq 1.9 milyard dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 26.1% azalaraq, 1.3 milyard dollar məbləğində olub.

2021-ci ilin I rübü üzrə xarici ticarət dövriyyəsi 6.1 milyard dollar olub, neft-qaz sektoru üzrə 2.9 milayrd dollarlıq profisit qeyri-neft sektoru üzrə 1.4 milyard dollarlıq kəsiri bağlayıb və nəticədə xarici ticarət balansında 1.5 milyard dollar həcmində profisit yaranıb. Hesabat dövründə Azərbaycanın dünyanın 155 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 12.7%-i MDB üzvü olan dövlətlərin, 87.3%- i isə digər xarici dövlətlərin payına düşür.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar